[b]“Qarabağ” Pedro ilə yollarını rəsmən ayırdı[/b]
13.05.2018 - 14:07
Pedro Enrikenin "Qarabağ”dan ayrılması rəsmiləşib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, cari mövsümün əvvəlində Yunanıstanın PAOK klubundan 1 illik icarə əsasında Ağdam təmsilçisinə keçən yarımmüdafiəçi Azərbaycanı tərk edir.
Belə ki, icarə müddəti başa çatan futbolçuyla yeni müqavilə imzalanmayıb. Enrike “Qarabağ”ın heyətində çıxdığı 26 matçda 6 qola imza atıb.
0
0