[b]“Qarabağ” qış planlarını açıqladı[/b]
21.12.2017 - 23:39
[b]“Qarabağ” qış planlarını açıqladı[/b]

“Qarabağ”ın qış hazırlıq planı dəqiqləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ağdamlılar yanvarın 9-da bir araya gələrək Türkiyəyə yollanacaq.

 

Antalyada baş tutacaq təlim-məşq toplanışı fevralın 4-nə kimi davam edəcək.

 

Komanda toplanış zamanı 6 yoxlama oyunu keçirməyi də planlaşdırır. Azərbaycan çempionunun artıq 3 rəqibi və bu oyunların keçiriləcəyi tarixlər bəllidir.

 

Qurban Qurbanovun komandası yanvarın 20-də Polşanın “Legiya”, yanvarın 25-də Ukraynanın “Mariopol”, fevralın 3-də isə Monteneqronun “Mladost” komandasıyla qarşılaşacaq.

 

Digər 3 rəqib haqda növbəti günlərdə məlumat veriləcək.

 

Qeyd edək ki, Rusiyanın “Şinnik” komandası da klub saytından Antalyadakı toplanış zamanı “Qarabağ”la qarşılaşacaqları ilə bağlı xəbər yaymışdı.