[b]“Qarabağ” qrupda bəxtini sınamaq gücündə idi”[/b]
03.04.2018 - 13:11
[b]“Qarabağ” qrupda bəxtini sınamaq gücündə idi”[/b]

Çempionlar Liqasının 1/4 final mərhələsi “böyük beşlik” ölkələri üçün xüsusi önəm kəsb edir. Apasport.az saytı xəbər verir ki, oyunları dəyərləndirən Almaniya mətbuatı əvvəlki mərhələlərdəki komandaların adlarını da vurğulayıb.

 

Həmkarlarımızın fikrincə, Çempionlar Liqasında əsl mübarizə bundan sonra başlayır. Onlar tarixində ilk dəfə qrupa düşən “Qarabağ” üçün də bunu böyük nailiyyət hesab ediblər: “Artıq aprel ayıdı, nəhayət ki, əsl mübarizə başlayır. Bundan sonrakı mərhələlər futbol azarkeşləri üçün bayram ab-havasında keçəcək. Qrupda və 1/8 finalda böyük klublar istədiklərini edə bildilər. Ancaq 1/4 final proqnoz vermək üçün yanlış mərhələ olar. “Maribor”, APOEL və Azərbaycanın aparıcı qüvvəsi olan “Qarabağ” qrupda bəxtini sınamaq gücündə idi. “Bazel” və “Beşiktaş” kimi ikinci dərəcəli ölkələrin klubları isə hətta 1/8 finala yüksəlməyi bacardılar. İndi isə 1/4 finaldı və Çempionlar Liqasının ən yaxşıları bir aradadı. Bir sözlə, isti mərhələ başlayır”.

 

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında “Roma”, “Çelsi” və “Atletiko” ilə birgə yer aldığı C qrupunda 2 xal toplamışdı.