[b]“Qarabağ” son məşqinə çıxır[/b]
31.07.2017 - 16:32
“Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah “Şerif”in qonağı olacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi bu gün cavab matçı öncəsi son məşqinə çıxacaq.
Əvvəlcə Bakı vaxtı ilə saat 20:30-da baş məşqçi Qurban Qurbanov media nümayəndələrinin suallarını cavablandıracaq. Saat 21:00-da isə komanda qarşılaşmanın keçiriləcəyi “Şerif Arena”da son məşqinə çıxacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
Qeyd edək ki, “Şerif” – “Qarabağ” matçı sabah saat 21:00-da start götürəcək.
0
0