Topaz Premyer Liqasının X turunun mərkəzi oyununu idarə edəcək Əliyar Ağayev “İnter” – “Qarabağ” qarşılaşmasınadək hər iki komandanın matçlarında fit çalıb. Apasport.az saytının məlumatına görə, cari mövsümdə 7 qarşılaşmada iş başında olan FİFA referisi yalnız III və VII turlarda istirahət edib.
I dövrədə Ağayev “İnter”in 2 matçına çıxıb. I turda “Qəbələ” üzərində 4:0 hesablı qələbə qazanan bakılılar IV turda “Xəzər Lənkəran”la səfər matçından məğlub dönmüşdü. Hər qarşılaşmada “bankirlər”dən birinə sarı vərəqə verən Ağayev onların rəqiblərinə ümumilikdə 5 xəbərdarlıq edib.
“Qarabağ”la yolları cəmi 1 dəfə kəsişən referi “Simurq” üzərində 1:0 hesablı qələbəyə şahid olub. Hakim bu görüşdə qonaqlara 2 sarı vərəqə verib.
Ümumilikdə isə Ağayevin cari mövsüm idarə etdiyi Premyer Liqa oyunlarında maraqlı tendensiya müşahidə olunur. 7 qarşılaşmada qonaqlar 1 dəfə də olsun qol vurmayıb və xala həsrət qalıb. Hər tərəfə 2 penalti təyin edən hakim meydan sahiblərinə 1, qonaqlara 2 qırmızı vərəqə verib. Lakin qonaqlar hər iki 11 metrlik cərimə zərbəsini qaçırıb.
Əliyar Ağayevin idarə etdiyi oyunlar
Birinci dövrə
I tur
10 avqust (bazar)
4. “İnter” (Bakı) – “Qəbələ” (Qəbələ) – 4:0
Aleksandr Amisulaşvili, 9; Mikel Alvaro, 15; 71; Məhəmməd Mirzəbəyov, 19
II tur
17 avqust (bazar)
10. “Simurq” – AZAL – 2:0
Rəşad Eyyubov, 4; Tural Nərimanov, 15 (öz qapısına)
IV tur
29 avqust (cümə)
16. “Xəzər Lənkəran” – “İnter” – 1:0
Elnur Abdullayev, 5
V tur
13 sentyabr (şənbə)
22. “Neftçi” –“Xəzər Lənkəran” – 1:0
Flavinyo, 28
42-ci dəqiqədə Qalin İvanov penaltidən yararlana bilməyib.
VI tur
21 sentyabr (bazar)
29. “Qarabağ” – “Simurq” – 1:0
Vüqar Nadirov, 64
VIII tur
19 oktyabr (bazar)
40. “Xəzər Lənkəran” – “Bakı” – 4:0
Alfred Sanko, 35 (p.); Qalin İvanov, 38; Elnur Cəfərov, 43; Rauf Əliyev, 79 (p.)
75-ci dəqiqədə Nurlan Novruzov penaltidən yararlana bilməyib.
IX tur
25 oktyabr (şənbə)
42. “Simurq” – “Araz Naxçıvan” – 4:0
Marko Stanoyeviç, 34, Rəşad Eyyubov, 47, 56, 90+3