[b]“Qarabağ” ustalıq səviyyəsi yüksək olan komandadı”[/b]
01.08.2017 - 11:33
[b]“Qarabağ” ustalıq səviyyəsi yüksək olan komandadı”[/b]

“Şerif”in futbolçusu Viktor Oliveyra klubun saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçi Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün “Qarabağ”la keçirəcəkləri cavab matçına da toxunub. 

 

- “Qarabağ”la Bakıda keçirdiyiniz oyun barədə nə deyə bilərsiz?

- Çempionlar Liqası kimi nüfuzlu turnirdə əsas heyətdə meydana çıxdığım ilk matç idi. Görüş ağır keçdi. Buna baxmayaraq, komandamız güclü tərəflərini göstərə bildi. Düşünürəm ki, Bakıda qol buraxmamaqla əsas tapşırığın öhdəsindən gəldik.

- Rəqibin oyunu barədə də fikirlərinizi bilmək istərdik. Biz Ağdam klubunu nəyin hesabına mübarizədən kənarlaşdıra bilərik?

- “Qarabağ” lazımi səviyyədə komplektləşmiş komandadı. Rəqibin üzvləri sürətli və aqressiv oyun göstərirlər. Amma “Şerif”də də səviyyəli futbolçular var. “Qarabağ”ı üstələmək üçün bütün gücümüzdən istifadə etməli, xarakter göstərməliyik.

 

- Cavab qarşılaşmasında kimi favorit adlandırmaq olar?

- Hesab edirəm ki, oyunun favoriti yoxdu. Matç hər iki komanda üçün çətin keçəcək. Azarkeşlərlə dolu stadion bizə çox kömək olardı. Azərbaycanda fanatlar öz komandalarını irəli səsləyirdilər. O cür dəstək cavab görüşündə “Şerif”ə lazımdı.

 

- “Qarabağ”ın heyətində ehtiyat etdiyiniz futbolçular kimlərdi?

- Rəqib kollektiv halında güclü və ustalıq səviyyəsi yüksək olan komandadı. Amma daha çox Dino Ndlovu və Donald Gerryeni diqqətdə saxlamalıyıq.

 

- “Qarabağ”la görüşdən əvvəl azarkeşlərə nə sözünüz var?

- Stadiona nə qədər çox fanat gəlsə, bir o qədər yaxşıdı. Azarkeşlərin dəstəyini eşitmək istəyirik. Biz yalnız birlikdə güclüyük və çox şeyə qadirik. “Qarabağ”la oyunda qələbə qazanmaq üçün bütün gücümüzü meydanda qoyacağıq.