[b]“Qarabağ” və “Qəbələ”nin oyunlarının hakimləri açıqlandı[/b]
02.11.2015 - 13:54
[b]“Qarabağ” və “Qəbələ”nin oyunlarının hakimləri açıqlandı[/b]

Avropa Liqasının qrup mərhələsinin IV turunun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçilərinin noyabrın 5-də baş tutacaq qarşılaşmalarının yalnız baş hakimləri bəllidi.

 

C qrupunda çıxış edən “Qəbələ”nin Almaniya “Borussiya”sı ilə Dortmunddakı qarşılaşmasını belçikalı Sebastyan Delferier idarə edəcək. J qrupunda mübarizə aparan “Qarabağ”ın Fransa “Monako”su ilə ev oyunu rumıniyalı Pavel Kristian Balaya həvalə olunub.

 

Avropa Liqası

Qrup mərhələsi, IV tur

5 noyabr

 

C qrupu

22:00.  “Borussiya” (Dortmund, Almaniya) – “Qəbələ”

Baş hakim: Sebastyan Delferier (Belçika)

Dortmund. “Siqnal İduna Park” stadionu

 

J qrupu

20:00. “Qarabağ” – “Monako” (Fransa)

Baş hakim: Pavel Kristian Balay (Rumıniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu