[b]“Qarabağ” bunu bacaran yeganə komandadı” – Boyan Pavloviç[/b]
30.01.2018 - 11:26
[b]“Qarabağ” bunu bacaran yeganə komandadı” – Boyan Pavloviç[/b]

Antalya hazırlıqları çərçivəsində “Qarabağ” sınaq matçında “Sarayeo” ilə qarşılaşıb (0:2). Bosniya və Hersoqovina təmsilçisinin qapısını qoruyan ağdamlıların keçmiş qapıçısı Boyan Pavloviç oyundan sonra apasport.az saytının suallarını cavablandırıb.

 

- Oyun haqqında fikirlərini bilmək istərdik...

- “Qarabağ”la qarşılaşmaq çox xoş oldu. Keçmiş klubum indi çox yaxşı vəziyyətdədi. Müsbət dəyişikliklər var. Çempionlar Liqasında oynamış komoanda ilə üz-üzə gəlməkdən məmnun oldum.

 

- Necə düşünürsən, nəticə oyuna görə oldu?

- Bu, yoldaşlıq oyunudu. Nəticə əsas deyil.

 

- Çempionlar Liqasında izləyirdinmi “Qarabağ”ı?

- Bəli, bütün oyunlarına baxdım. Bu, Azərbaycan futbolu üçün tarixi an idi. Qurban Qurbanov çox yaxşı baş məşqçidi və ona da uğurlar arzulayıram.

 

- ÇL oyunlarına baxarkən yenidən “Qarabağ”da olmağı arzuladınmı?

- (gülür) Nə deyə bilərəm? “Qarabağ” çox yaxşı oynadı, onlara yenidən ÇL-də çıxış etməyi arzulayıram.

 

- Oyunlar zamanı yaxın ətrafına “mən vaxtilə bu komandada oynamışam” deyib fəxr edirdinmi?

- Əlbəttə deyirdim. Orda oynamaq mənim üçün çox xoş idi.

 

- Bəs səndən soruşmadılar ki, niyə getdin o komandadan?

- Bu, çoxdanın söhbətidi, üstündən 5 il keçib. Belə lazım idi ki, ayrıldıq.

 

- Başqa belə bir vəziyyət yaranıbmı ki, sənin nə vaxtsa oynadığın komanda sonradan ÇL-də çıxış etsin?

- Xeyr, “Qarabağ” bunu bacaran yeganə komandadı.

0