[b]“Qarabağ” yubileyin astanasında, “Neftçi”dən mütləq nəticə[/b]
29.11.2017 - 10:51
[b]“Qarabağ” yubileyin astanasında, “Neftçi”dən mütləq nəticə[/b]

Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk iki xoşbəxti bəlli olub. Apasport.az saytının məlumatına görə, “Qarabağ” və “Neftçi” 1/4 finala vəsiqələri qazanıb.

 

Ağdam təmsilçisi “Qaradağ Lökbatan”ı 2:0 hesabı ilə yenib. Bu, “Qarabağ”ın tarixində 19-cu 1/4 final olacaq. 25-ci dəfə Azərbaycan kubokuna qatılan komanda yalnız 6 dəfə “səkkizliy”ə düşməyib.

 

Yubiley – 20-ci 1/4 finalının astanasında olan Ağdam klubu bu mərhələyə yüksəlmək sayında Azərbaycanın ikincisidi. Zirvədə isə “Neftçi” qərarlaşıb.

 

“Zaqatala”nı 5:0 hesabı ilə məğlub edən “ağ-qaralar” 26-cı dəfə 1/4 finala yüksəlib. Azərbaycan kubokunun tarixində heç vaxt 8 ən yaxşı siyahısından kənar qalmayan paytaxt klubu mütləq rekordunu yeniləyib.

 

Qeyd edək ki, “Neftçi” növbəti mərhələdə “Zirə” – “Xəzər”, “Qarabağ” isə “Sumqayıt” – “Sabah” cütünün qalibi ilə görüşəcək.

0