Topaz Premyer Liqasının XXIII turunda evdə “Qarabağ”ı qəbul edəcək “Kəpəz” qarşıdakı oyun üçün məşqlərini davam etdirir. Apasport.az saytının məlumatına görə, “sarı-göylər” görüşə itkilərlə hazırlaşır.
Belə ki, sarı vərəqə limitini dolduran Samir Zərgərov və zədədən sonra müalicəsini davam etdirən Dedimar Ferreyra Ağdam klubu ilə görüşdə komandaya kömək edə bilməyəcək.
Gəncəlilərin digər zədəli futbolçusu Dieqo Souzanın vəziyyəti isə yaxşıdır. Yarımmüdafiəçi komanda ilə məşqlərdə iştirak edir.
“Kəpəz”in “Qarabağ”la oyunöncəsi son məşqi sabah saat 11:00-a təyin olunub. Gəncə şəhər stadionunda keçiriləcək hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olacaq.