[b]“Qarabağ”a qarşı qələbə ilə[/b]
31.10.2016 - 00:16
[b]“Qarabağ”a qarşı qələbə ilə[/b]

Yunanıstan Super Liqasında IX turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biri olan PAOK evdə AEK-lə üz-üzə gəlib.

 

Saloniki təmsilçisi oyunu minimal hesablı qələbəylə başa vurub. “Ağ-qaralar”ın yeganə qoluna əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə Leo Matos imza atıb.

 

Yunanıstan Futbol Federasiyası və klublar arasında fikir ayrılığına görə, çempionatın ilk 2 turu təxirə salındığı üçün 7 oyun keçirən və hesabında 11 xal olan PAOK 3-cü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, bu, PAOK-un “Qarabağ”la oyunöncəsi son matçıdır. Təmsilçimizlə görüş isə noyabrın 3-də, Salonikidə Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində baş tutacaq.

0