[b]“Qarabağ”da 7 rəsmi ayrılıq[/b]
17.06.2015 - 17:26
2015/16 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən “Qarabağ”ın yollarını ayırdığı futbolçuların adları məlum olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 6 futbolçu klubla vidalaşıb.
Müqavilə müddəti başa çatan Vüqar Nadirov, Admir Teli, Leroy Corc, Hacı Əhmədov, Tural İsgəndərov və Muarem Muaremlə yollar rəsmən ayrılıb.
Eyni zamanda son 3 ildə “Qarabağ”da fizioterapevt kimi çalışan Murat Şahinoğlu da Ağdam klubu ilə sağollaşıb.
0
0