[b]“Qarabağ”da yeni məşqçi[/b] - FOTO
24.06.2015 - 14:58
[b]“Qarabağ”da yeni məşqçi[/b] - FOTO

 “Qarabağ” məşqçilər korpusuna yeni mütəxəssis cəlb edib. Apasport.az saytının məlumatına görə, ölkə çempionunun fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə yeni çalışdırıcı təyin edilib.

 

Bu, ispaniyalı məşqçi Ruben Selyes Salvadordu. Əvvəllər “Neftçi”də də işləmiş mütəxəssisin son klubu “Stromsqodset” olub. Mayın 31-də Norveç təmsilçisi ilə müqaviləsi başa çatan ispaniyalı fəaliyyətini yenidən Azərbaycanda davam etdirməyi məqsədəuyğun sayıb.

 

Qeyd edək ki, Salvadora qədər “Qarabağ”da bu funksiyanı xəstəlik səbəbindən postunu tərk edən bolqarıstanlı Çudomir Çakarov yerinə yetirirdi.