[b]“Qarabağ”da yeni rekordçu[/b]
05.09.2017 - 16:50
[b]“Qarabağ”da yeni rekordçu[/b]

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov adını daha bir rekorda yazdırıb. Apasport.az saytının məlumatına görə, 35 yaşlı müdafiəçi Ağdam klubunun üzvü kimi yığmada 52-ci matçını keçirib.

 

Millimizdə ən çox oyun keçirən futbolçu ünvanının sahibi olan Rəşad həm də “Qarabağ”ın rekordçusuna adına şərik çıxıb. Belə ki, Ağdam klubun Azərbaycan millisində ən çox oyun keçirən üzvü 52 dəfə meydana çıxıb.

 

Artıq neçə ildi bu rekordun müəllifi Aslan Kərimov idi. O da millidəki 52 matça “Qarabağ” təmsilçisi kimi çıxıb. Kərimovun bu göstəricisini təkrarlayan “14 nömrə” rekordun yeni şərikinə çevrilib.

 

Lakin Sadıqov artıq oktyabrdakı seçmə oyunlarında Azərbaycan yığmasında ən çox oyun keçirən “Qarabağ”lı adının vahid sahibinə çevrilə bilər. Bunun üçün Rəşada cəmi 1 dəfə meydana çıxmaq da kifayətdi.

 

“Qarabağ”ın Azərbaycan millisindəki rekordçusu adının iki şəriki – Kərimovla Sadıqov olsa da, yığmada ən çox oyun keçirən onlardan heç biri deyil. Belə ki, Albaniya yığmasına çağırılan Ansi Aqolli çempionumuzun üzvü kimi 53 milli matç keçirib.

 

Qeyd edək ki, Rəşad millidə hamıdan çox – 110 oyun keçirmək, həmçinin 77 dəfə kapitan olmaqla da yığmada rekordun sahibidi.