[b]“Qarabağ”dan 35 funt sterlinqlik biletlər[/b]
07.09.2017 - 09:00
[b]“Qarabağ”dan 35 funt sterlinqlik biletlər[/b]

“Qarabağ” azarkeşlərinə Çempionlar Liqasının qrup mərhələsindəki ilk matçına bilet almaq imkanı yaradıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi “Çelsi”ylə İngiltərədəki matçını stadiondan izləmək istəyənlərə bilet təklif edir.

 

Belə ki, Londondakı matçı seyr etmək istəyənlər biletləri Bakıda almaq imkanı qazanıb. Bir biletin qiyməti 35 funt sterlinqdi.

 

Ödənişlər yalnız funt sterlinqlə həyata keçirilir.

 

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” matçı sentyabrın 12-də keçiriləcək.