“Qarabağ” Gənclər Liqasında antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Çempionlar yolunun III turunda “Atletiko”ya 1:5 hesabı ilə uduzan Ağdam təmsilçisi Azərbaycan klublarının bu turnirdə ən böyükhesablı ev məğlubiyyətini alıb.
Bunadək yalnız “Roma” ölkəmizdən böyük hesaba sevinmişdi. İtaliyalılar 3 həftə əvvəl “Qarabağ”ı 3 cavabsız qolla yenmişdi. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda bu dəfə daha acınacaqlı yenilgi alıb. Ağdamlılar 4 top fərqi ilə antirekord vurub.
Bununla da Azərbaycan klublarının Gənclər Liqasında aldığı böyükhesablı məğlubiyyətlərin sayı 5-ə çatıb. Bu gün qeydə alınan yubiley darmadağını Rəşad Sadıqovun baş məşqçisi olduğu U-19 komandasının ardıcıl 3-cü böyükhesablı məğlubiyyətidi.
Ağdam təmsilçisi bunadək səfərdə “Çelsi”yə 0:5, evdə “Roma”ya 0:3 hesabı ilə uduzmuşdu. Əyalət klubunun 3-cü darmadağını həm də Azərbaycan komandalarının 5-ci ağır yenilgisi olub. “Qarabağ”a qədər “Rəvan” “Spartak”dan 4, “Qəbələ” “Dinamo”dan 5 cavabsız qol buarxmışdı.
Bundan başqa, “Qarabağ” – “Atletiko” görüşü Azərbaycan klublarının Gənclər Liqasındakı ən məhsuldar qarşılaşması kimi də tarixə düşüb. Oyunda 6 qol vurulub ki, bunadək rekord 5-ə bərabər idi.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu