Əvəzedicilərin çempionatının qalibi məlum olub. Apasport.az saytının məlumatına görə, çempionun adına sonuncu - XXVIII turun ilk oyun günü aydınlıq gətirib.
Qızıl medallar uğrunda mübarizə aparan “Qarabağ”la “Qəbələ” ən yaxşının adına qiyabi dueldə aydınlıq gətirib. Bu turadək lider olan Ağdam təmsilçisi bürünc mükafatçı “Neftçi”nin qonağı olub.
Bu görüşdə 2:1 hesablı əzmkar qələbə qazanan əyalət klubu mövsümdə ikinci çempionluğunu qazanıb. Bunadək Ağdam klubunun əsas komandası da Premyer Liqanın qalibi olmuşdu. Gümüş medallar isə “Qəbələ”nin olub. “Qırmızı-qaralar” son turda “Sumqayıt”a qalib gəlib.
Qeyd edək ki, həm tura, həm də mövsümə aprelin 30-da yekun vurulacaq.
Əvəzedicilərin çempionatı
XXVIII tur
28 aprel
AZAL – “Zirə” – 0:3
İlkin Muradov, 45; Vəzir Musayev, 52; Murad İsmayılzadə, 73
“Neftçi” – “Qarabağ” – 1:2
Ömər Buludov, 32 - Elşən Abdullayev, 62; Salman Cəfərov, 74
“Sumqayıt” - “Qəbələ” – 0:1
Ülvi İsgəndərov, 56
1 |
Qarabağ |
28 |
16 |
8 |
4 |
51-26 |
56 |
2 |
Qəbələ |
28 |
17 |
4 |
7 |
52-28 |
55 |
3 |
Neftçi |
28 |
14 |
6 |
8 |
53-28 |
48 |
4 |
İnter |
27 |
10 |
8 |
9 |
20-19 |
38 |
5 |
Zirə |
28 |
9 |
9 |
10 |
32-30 |
36 |
6 |
Kəpəz |
27 |
8 |
8 |
11 |
27-37 |
32 |
7 |
Sumqayıt |
28 |
8 |
3 |
17 |
40-59 |
27 |
8 |
AZAL |
28 |
4 |
4 |
20 |
27-75 |
16 |