[b]“Qarabağ”dan əvvəl səfər qələbəsi[/b]
29.07.2017 - 21:27
[b]“Qarabağ”dan əvvəl səfər qələbəsi[/b]

Moldova çempionatında 4-cü turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Şerif” də növbəti matçına çıxıb.

 

Tiraspollular səfərdə “Petrokub”la qarşılaşıblar. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Sarıları”n heyətində Muqosa və Damskan fərqləniblər.

 

Qeyd edək ki, 4 oyundan sonra aktivində 8 xal olan “Şerif” turnir cədvəlinin zirvəsində qərarlaşıb.