Topaz Premyer Liqasının XXV turu daha iki avtoqolla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, bununla, mövsümün arxada qalan 100 oyununda qeydə alınan belə qolların sayı 16-ya çatıb.
“Xəzər Lənkəran”ın futbolçusu Elvin Mirzəyevin “Qarabağ”la qarşılaşmada öz qapısına qol vurması isə Ağdam təmsilçisinin 5-ci belə sevinci olub. Son ölkə çempionu nəticə ləğv olunan görüşü nəzərə almasaq, artıq 5 dəfə rəqiblərinin qoluna sevinib. “Qarabağ”la görüşlərdə Mirzəyevlə Rasim Ramaldanov “Xəzər Lənkəran”ı, Azad Kərimov “Bakı”nı, Vurğun Hüseynov “Sumqayıtı”, Elton Yaqublu AZAL-ı məyus edib.
“Qarabağ” rəqib avtollarının sayında bu turadək şərikli liderlik etdiyi Lənkəran təmsilçisini arxada qoyub. Cənublular 4, “Qəbələ” 3 belə topun sevincini yaşayıb. Ümumiyyətlə isə 9 klubdan 6-nın lehinə avtoqol qeydə alınıb.
Rəqib avtoqollarına sevinənlər
1. “Qarabağ” - 5
2. “Xəzər Lənkətan” – 4
3. “Qəbələ” – 3
4. “Simurq” – 2
5-6. “Neftçi”, “İnter” - 1
Öz qapısına qol vuranlara gəlincə, Premyer Liqada qapıları səhv salmayan komanda yoxdu. Bu göstəricidə “lider” isə AZAL-dı. “Təyyarəçilər” 4 belə üzüntü ilə üzləşib. 4 komanda hərəyə 2, 4-ü isə 1 dəfə avtoqolla “fərqlənib”.
Öz qapısına qol vuranlar
1. AZAL – 4
2-5. “Bakı”, “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” – 2
6-9. “Qəbələ”, “Sumqayıt”, “İnter”, “Simurq” – 1