“Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının üzvü Yaroslav Deda ötən ildəki oyununa görə mükafat qazanmaq şansı əldə edib. Apasport.az saytı xəbər verir ki, gənc hücumçunun adı “Ukraynanın qızıl istedadı-2017” mükafatına namizədlərin sırasında yer alıb.
Qalibin adı goldtalant.com.ua saytının oxucular arasında keçirdiyi sorğunun nəticəsinə əsasən müəyyənləşəcək. 1999-cu il təvəllüdlü futbolçuların mübarizəsində iştirak edən Deda UEFA Gənclər Liqasında vurduğu qollarla diqqət çəkməyi bacarıb.
Ukraynalılar ilin ilk yarısında “yoxa çıxan” Yaroslavın “Volın”dan “Qarabağ”a keçdikdən sonra, konkret olaraq avrokubok matçlarında varlığını hiss etdirdiyini vurğulayıblar.
Səsvermənin hazırkı nəticələrinə əsasən, Nikolay Şaparenko 57 faiz səslə birinci pillədə qərarlaşıb. İlk “üçlüy”ü 52 faiz səslə Andrey Lunin və 22 faiz səslə Maksim Lunyov tamamlayır. Cəmi 4 faiz səs toplayan Deda isə hazırda 9-cu yerdədi.