[b]“Qarabağ”ın bombardiri zədələndi[/b]
04.04.2016 - 15:24
[b]“Qarabağ”ın bombardiri zədələndi[/b]

Topaz Premyer Liqasının XXVIII turunda “Xəzər Lənkəran” üzərində (2:1) qələbə qazanan “Qarabağ” cənub səfərindən bu gün qayıdıb. Apasport.az saytının məlumatına görə, komanda sabahdan növbəti turun hazırlığına başlayacaq.

 

“Xəzər Lənkəran”la qarşılaşmanın birinci hissəsində zədələnərək fasilədə əvəzlənən yarımmüdafiəçi Riçard Almeydanın durumu qeyri-müəyyəndi. İlkin tibbi müayinə zamanı braziliyalı futbolçunun topuğunun burxulduğu diaqnozu qoyulub. Həkimlər 9 qolla komandanın bombardiri olan “sambaçı”nın durumunun ciddi olmadığını düşünürlər. Lakin hər şeyə yekun müayinədən sonra aydınlıq gələcək.

 

Ağdam təmsilçisinin digər zədəli oyunçusu Rahid Əmirquliyev isə hələ də həkim nəzarəti altında reabilitasiyasını davam etdirir.

 

Qeyd edək ki, “Qarabağ” növbəti tur çərçivəsində aprelin 8-də “Kəpəz”lə qarşılaşacaq.