[b]“Qarabağ”ın daha bir rəqibi bəlli oldu[/b]
20.12.2017 - 00:26
Qış hazırlıqlarını Türkiyədə keçirəcək “Qarabağ”ın rəqiblərindən daha birinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Antalyada təlim-məşq toplanışı keçəcək ağdamlılar Rusiyanın “Şinnik” komandası ilə qarşılaşacaq.
Bu barədə FNL (Rusiya ikinci divizion) təmsilçisi rəsmi saytı vasitəsilə informasiya yayıb. Bildirilib ki, görüş yanvarın 30-da keçiriləcək.
Qeyd edək ki, Azərbaycan çempionunun Antalyadakı rəqiblərindən biri də Qdansk “Legiya”sı olacaq.
0
0