[b]“Qarabağ”ın daha bir transferi komandaya qoşuldu[/b]
22.06.2015 - 23:34
[b]“Qarabağ”ın daha bir transferi komandaya qoşuldu[/b]

“Qarabağ” Avstriyada hazırlıqlarını davam etdrir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda bu gün iki məşqə çıxıb.

 

Səhər məşqi daha çox fiziki hazırlıq üzərində baş tutub. Axşam çalışmasında isə toplu hərəkətlərə üstünlük verilib.

 

Bu arada komandanın yeni transferi  Elvin Yunuszadə də klubun düşərgəsinə qoşulub.  Amma gec gəldiyinə görə müdafiəçi məşqə qatılmayıb.