[b]“Qarabağ”ın futbolçuları UEFA-ya lazım olmadı[/b]
25.12.2017 - 10:08
[b]“Qarabağ”ın futbolçuları UEFA-ya lazım olmadı[/b]

Çempionlar Liqasının 2017-ci il üçün gənclər yığması açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın tərtib etdiyi rəmzi komandada yaşı 24-dən az olan, il ərzində qitənin ən nüfuzlu klub turnirində çıxış edənlər yer alıb.

 

Söhbət turnirdə bu il debüt edən və ya əvvəl qazanılan qısa təcrübədən sonra bu dəfə parlayanlardan gedir. 2017/18 mövsümündə yarışın qrup mərhələsində mübarizə aparan “Qarabağ”ın gənc oyunçuları isə UEFA-ya rəmzi komanda üçün lazım olmayıb.

 

Hərçənd, Azərbaycan çempionunun gənclərindən Mahir Mədətov 5, Coşqun Diniyevlə Ramil Şeydayev 2, Ağabala Ramazanov 1 matçda qrup həyəcanı yaşayıb.

 

Qapıçı: Ederson (“Benfika” və “Mançester Siti”);

 

Müdafiəçilər: Davinson Sançes (“Tottenhem”), Niklas Zule (“Bavariya”), Kiran Tirni (“Seltik”), Nelson Semedu (“Benfika” və “Barselona”);

 

Yarımmüdafiəçilər: Taliska (“Beşiktaş”), Marko Asensio (“Real”), Harri Uinks (“Tottenhem”);

 

Hücumçular: Dimitri Oberlin (“Bazel”), Kilian Mbappe (“Monako” və PSJ), Timo Verner (“Leypsiq”)