[b]“Qarabağ”ın futbolçusu “Zirə” ilə müqavilə bağladı[/b]
24.05.2016 - 12:17
[b]“Qarabağ”ın futbolçusu “Zirə” ilə müqavilə bağladı[/b]

Topaz Premyer Liqasının gümüş mükafatçısı “Zirə”nin daha bir futbolçusunun gələcək taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, paytaxt klubunun “Qarabağ”dan icarəyə götürdüyü Vüqar Mustafayevin komandada qalıb-qalmayacağı bəlli olub.

 

“Zirə” rəhbərliyi gənc yarımmüdafiəçi ilə yeni müqavilə imzalayıb. Razılaşmaya əsasən, Mustafayev daha 1 il icarə əsasında “mavi-qırmızılar”ın formasını geyinəcək.

 

“Zirə”də icarə əsasında çıxış edən digər futbolçu Sadiq Quliyevlə isə yollar ayrılıb. Belə ki, müdafiəçinin transfer hüququna sahib olan “Qəbələ” gözlənildiyi kimi, onu geri qaytarıb.

 

Qeyd edək ki, Rəşad Abdullayev, Ruslan Poladov, Tərzin Cahangirov, Çimezi Mbah, Dieqo Souza və Luis Alberto Diezlə vidalaşan “Zirə” Kamal Bayramov, Anar Nəzirov, Aleksandr Şemonayev, Elvin Məmmədov, Nurlan Novruzov və Nelson Bonilla ilə yeni müqavilə imzalayıb. 

0