Ağdamın “Qarabağ” klubu tarixi qolun astanasındadı. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının lideri ölkə çempionatlarında özünün 1100-cü qolunu vurmağa yaxındı.
Bunun üçün Qurban Qurbanovun yetirmələri bugünkü görüşdə 2 dəfə fərqlənməlidi. XXI turun “Keşlə” ilə matçında vurulacaq 2-ci top ağdamlılar üçün yubiley xarakteri daşıyacaq.
Belə ki, 1992-ci ildə keçirilən ilk Azərbaycan çempionatından indiyədək bütün turnirlərdə iştirak edən komandanın hesabında 1098 qol var. Sonuncu dəfə XIX turun “Zirə”ylə martın 10-da keçirilən görüşündə (2:0) qol sevinci yaşayan “Qarabağ” ötən tur “Neftçi”nin qapısına yol tapmamaqla yubileyi təxirə salıb.
Yubileyin növbəti dəfə yubanmaması üçün ağdamlılar ev oyunlarını keçirdiyi Suraxanı qəsəbə stadionunda istəyinə çatmalıdı. İndiyədək vurduğu 1098 qola 741 matçda imza atan komandanın orta məhsuldarlığı 1,48-ə bərabərdi. Texniki nəticələrin qeydə alındığı oyunları saymasaq, orta göstərici 1,53-ə qədər yüksələr.
Yubileyi gözləyən komanda 1098 qoldan 646-nı evdə, 437-ni səfərdə rəqib qapısından keçirib. “Qarabağ”ın digər 15 qolu neytral meydanlara təsadüf edib.
Düzdü, turnir cədvəllərində “Qarabağ”ın ümumi qol sayı 1143-ə bərabərdi. Lakin 45 top 15 texniki qələbə sayəsində gerçəkləşib. Vurulan real qol sayı isə məhz 1098-di.
Qeyd edək ki, “Qarabağ” vurulan qolların sayında Azərbaycanın ikinci komandasıdı.
“Qarabağ”ın mövsümlər üzrə qol sayı
|
mövsüm |
vurulan qol |
texniki qələbə |
cədvəldəki qol |
|
1992 |
74 |
1 |
77 |
|
1993 |
19 |
2 |
25 |
|
1993/94 |
52 |
3 |
61 |
|
1994/95 |
36 |
2 |
42 |
|
1995/96 |
51 |
|
51 |
|
1996/97 |
61 |
|
61 |
|
1997/98 |
37 |
2 |
43 |
|
1998/99 |
50 |
1 |
53 |
|
1999/2000 |
21 |
|
21 |
|
2000/01 |
18 |
1 |
21 |
|
2001/02 |
41 |
|
41 |
|
2003/04 |
60 |
1 |
63 |
|
2004/05 |
55 |
2 |
61 |
|
2005/06 |
32 |
|
32 |
|
2006/07 |
20 |
|
20 |
|
2007/08 |
25 |
|
25 |
|
2008/09 |
35 |
|
35 |
|
2009/10 |
31 |
|
31 |
|
2010/11 |
41 |
|
41 |
|
2011/12 |
37 |
|
37 |
|
2012/13 |
43 |
|
43 |
|
2013/14 |
66 |
|
66 |
|
2014/15 |
51 |
|
51 |
|
2015/16 |
66 |
|
66 |
|
2016/17 |
46 |
|
46 |
|
2017/18 |
30 |
|
30 |
|
Cəmi |
1098 |
15 |
1143 |