[b]“Qarabağ”ın legioneri əməliyyat olunacaq[/b]
25.12.2017 - 13:45
[b]“Qarabağ”ın legioneri əməliyyat olunacaq[/b]

“Qarabağ”ın futbolçusu Yakub Jezniçak əməliyyat olunacaq. Apasport.az saytı xəbər verir ki, bu barədə polşalı müdafiəçinin özü ölkəsinin mətbuatına açıqlamasında məlumat verib.

 

O bildirib ki, mayda cərrahiyyə masasına uzanmalı olacaq. Jezniçak barmağından və burnundan əməliyyat ediləcək.

 

31 yaşlı futbolçu Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Şerif”lə keçirilmiş oyunda burnundan və barmağından zədələnmişdi. Jezniçakın qış fasiləsində əməliyyat olunacağı gözlənilsə də, sonda maya qədər gözləmək qərara alınıb.

 

Qeyd edək ki, Yakub Jezniçak “Qarabağ”a bu ilin yayında keçib.