[b]“Qarabağ”ın Moldovadakı ilk qolu...[/b]
01.08.2017 - 13:51
[b]“Qarabağ”ın Moldovadakı ilk qolu...[/b]

Çempionlar Liqasının bu gün keçiriləcək III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq “Şerif” – “Qarabağ” matçı Moldova çempionu üçün yubileylə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, meydan sahibləri üçün xoşagəlməz yubileyi rəqibə Azərbaycan çempionu yaşatmalıdı.

 

Belə ki, “Şerif” avrokuboklar tarixində 99 qol buraxıb. Bakıda rəqibini 100-ə çatdıra bilməyən ağdamlılar bunu Tiraspoldakı görüşdə rəsmiləşdirə bilər.

 

Belə ki, “Qarabağ”ın bu gün vuracağı ilk top “Şerif”in buraxdığı 100-cü top olacaq. Tiraspollular 99 topu 93 matçda buraxıb. Rəqibin özü isə 77 dəfə qol sevinci yaşayıb.

 

Qeyd edək ki, “Şerif” 93 matçda 24 qələbə qazanıb, 27 heç-heçə edib və 42 dəfə uduzub. Bu isə o deməkdi ki, meydan sahibləri yubiley qələbəsi üçün mübarizə aparacaq.