Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın Moldova “Şerif”i ilə səfər oyununu israilli hakimlər briqadası idarə edəcək.
Avqustun 1-də baş tutacaq görüşün baş hakimi Roy Reynşreyber olacaq. Ona həmyerliləri Amihay Yehoşua Mozes və Dan Uçeniç kömək edəcək.
Qarşılaşmanın dördüncü hakimi Daniel Bar Natan olacaq. UEFA nümayəndəsi funksiyasını latviyalı Edqars Pukinsks icra edəcək. Hakim-inspektor vəzifəsi isə litvalı Paulius Maljinskasa həvalə olunub.
Qeyd edək ki, “Şerif” – “Qarabağ” oyunu Tiraspolun “Şerif” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı