[b]“Qarabağ”ın rəqibi 1/4 finalda![/b]
27.10.2014 - 23:25
[b]“Qarabağ”ın rəqibi 1/4 finalda![/b]

Bu gün Ukrayna kubokunda 1/8 finalın cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi “Dnepr” "Volın”la münasibətlərinə aydınlıq gətirib.

 

Səfərdə 1:0 hesabı ilə rəqibinə uduzan Dnepropetrovsk klubu bunu əvəzini artıqlaması ilə çıxıb.

 

Belə ki, 37-ci dəqiqədə Yevgeni Çeberyaçko ilə hesabı açıb, fasiləyə minimal üstünlüklə yollanan rəqibimiz ikinci yarıda qonaqları daha 3 dəfə mərkəzdən başlamağa məcbur edib. 57-ci dəqəqəd Ruslan Rotan fəriq 2 topa çatırıb. Digər qolları isə Yevgeni Seleznyovla (72) Nikola Kaliniç (87) vurub.

 

Beləliklə, “Volın”ı 4:0 hesabı üstələyən “Dnepr” 1/4 finalına adlayıb.

 

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin III turunda Kiyevdə “Dnep”i 0:1 hesabı ilə məğlub edib, tarixində ilk dəfə qitənin 2-ci dərəcəli klub turnirinin qrup mərhələsində 3 xala sevinib.

 

 

Ukrayna kuboku

1/8 final

27 oktyabr

"Dnepr" - "Volın" - 4:0

Qollar: Çerebyaçko, 37, Rotan, 57, Seleznyov, 72, Kaliniç, 87