[b]“Qarabağ”ın rəqibi Azarı alır[/b]
23.10.2015 - 12:00
[b]“Qarabağ”ın rəqibi Azarı alır[/b]

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Tottenhem” qış fasiləsində heyətini genişləndirmək istəyir. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, bir neçə aparıcı futbolçu zədəli olduğundan, klub rəhbərliyi alternativ heyət qurmaq fikrinə düşüb.

 

Məşqçilər korpusunun komandada görmək istədiyi oyunçulardan biri də Mönhenqladbax “Borussiya”sının yarımmüdafiəçisi Torqan Azardı. “Çelsi”nin ulduz futbolçusu Eden Azarın kiçik qardaşı olan 22 yaşlı oyunçu özü də İngiltərəyə dönməyin əleyhinə deyil. 2012-2015-ci illərdə “Çelsi”yə məxsus olmasına baxmayaraq, Belçika və Almaniya klublarında icarə əsasında çıxış etmiş Torqan böyük qardaşı Edenlə birlikdə Londonda yaşamaqdan məmnunluq duyacağını söyləyib.

 

Qeyd edək ki, “Tottenhem” Avropa Liqasının qrupunda “Qarabağ”ı öz meydanında 3:1 hesabı ilə məğlub etmişdi. Bu komandalar arasında Bakıdakı qarşılaşma noyabrın 26-da keçiriləcək.

0