[b]“Qarabağ”ın rəqibi növbəti dəfə itki ilə üzləşdi[/b]
16.10.2014 - 23:40
[b]“Qarabağ”ın rəqibi növbəti dəfə itki ilə üzləşdi[/b]

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “İnter” növbəti itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, A seriyasının növbəti turunun “Napoli” ilə oyunöncəsi baş məşqçi Valter Matsari 2 oyunçu - Yuto Naqatomo ilə Fred Quarinin xidmətindən yararlana bilməyəcək.

 

Hər iki futbolçunun ayaqlarında yorğunluq və qançır əmələ gəlib. Onların oktyabrın 19-da Neapol təmsilçisi ilə Milanda keçiriləcək oyunda meydana çıxması sual altındadır. Naqatomo ilə Quarinin vəziyyətinə qarşılaşmanın başlamasına bir neçə saat qalmış aydınlıq gələcək.

 

Qeyd edək ki, daha əvvəl “Qarabağ”ın rəqibinin heyətində Pablo Osvaldo, Mateo Kovaçiç və Danilo Dambrosio zədələnərək, bir neçə həftəlik sıradan çıxmışdı.