Ukrayna Premyer Liqasında VIII turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Dnepr" bu gün növbəti matçını keçirib.
Dnepropetrovsk klubu səfərdə "İlliçivets"lə münasibətlərinə aydınlıq gətirib. Görüşdə rəqibimiz 40-cı dəqiqədə Yevgeni Seleznevin vurduğu tək qolla qələbə qazanıb – 1:0.
Bu qələbədən sonra xal hesabını 22-yə çatdıran "Dnepr" liderliyini bir qədər də möhkəmləndirib. Aktivində 18 xal olan "Şaxtyor" 2-ci yerdə qərarlaşıb. Donetski təmsilçisi “Qarabağ”ın rəqibindən 4 xal geri qalıb. "Dnepr" Kiyev "Dinamo"sunu isə 5 xal qabaqlayır. Lakin bu iki komandalar dnepropetrovsklilərdən 1 oyun az keçirib.