[b]“Qarabağ”ın rəqibi mükafatlandırılır[/b]
11.09.2014 - 00:03
[b]“Qarabağ”ın rəqibi mükafatlandırılır[/b]

“Qarabağ”ın rəqibi mükafatlandırılır

 

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “Dnepr”in mükafatlandırma mərasiminin vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Ukrayna çempionatında gümüş medallar əldə edən Dnepropetrovsk klubuna qənimətləri sentyabrın 14-də veriləcək.

 

Mükafatlandırma mərasimi təntənəli surətdə keçirləcək.

 

Qeyd edək ki, “Dnepr” ölkə çempionatında hazırda 5 oyundan sonra 13 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Dnepropetrovsk təmsilçisinin “Qarabağ”la ilk görüşü doğma publika önündə oktyabrın 23-də baş tutacaq. Bakıdakı matç isə noyabrın 6-da reallaşacaq.