[b]“Qarabağ”ın rəqibi qələbə ilə başladı[/b]
27.10.2016 - 09:35
[b]“Qarabağ”ın rəqibi qələbə ilə başladı[/b]

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan PAOK Yunanıstan kuboku çərçivəsində oyun keçirib. Apasport.az saytının məlumatına görə, Saloniki təmsilçisi qrup mərhələsində ilk görüşünə çıxıb.

 

Doğma arenasında AEL-i qəbul edən PAOK birinci hissədə vurduğu 2 cavabsız qol sayəsində qələbə qazanıb. Larissa klubunun qapısından topları Yannis Mistakidis (28-ci dəqiqə) və Fakundo Pereyra (41) keçirib.

 

Bu qələbə sayəsində PAOK aktivinə 3 xal yazdırıb. Qrupun “Panelefsiniakos” – “Trikala” matçı bu gün keçiriləcək.

 

PAOK meydana bu heyətlə çıxıb: Jelko Brkiç, Stelios Kitsiou, Stelios Malezas, Xose Anxel Krespo, Dimitris Cannulis (Nikos Korovesis, 74) Harrison, Kenyon (Tsimirot, 62) Fakundo Pereyra, Dieqo Bisesvar, Yannis Mistakidis (Mame Tiam, 59) Eftimis Kulouris

 

Qeyd edək ki, Avropa Liqasının qrupunda Bakıda “Qarabağ”a 0:2 hesabı ilə məğlub olan PAOK noyabrın 3-də IV tur çərçivəsində Ağdam klubunu qəbul edəcək.

0