[b]“Qarabağ”ın rəqibi Valter Matsarriyə əvəzləyici tapdı?[/b]
12.11.2014 - 02:14
[b]“Qarabağ”ın rəqibi Valter Matsarriyə əvəzləyici tapdı?[/b]

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “İnter” baş məşçisi Valter Matsarri ilə mövsümün sonunda yollarını ayıracaq. Apasport.az saytının məlumatına görə, bu haqda İtaliya mətbuatı xəbər verib.

 

Milan təmsilçisinin cari mövsümdə A seriyasındakı uğursuz çıxışıdan sonra klub rəhbərliyi onu saxlamaq niyyətindədə deyil və Valteri göndərmək qərarına gəlib. Artıq “İnter”in sahibi Erik Tohir Matsarrinin əvəzləyicisini də tapıb.

 

Belə ki, indoneziyalı biznesmen rəqibimizin uğursuz çıxışından “doyduğu” üçün “Ayaks”ın baş məşqçisi Frank de Buru milanlıların “sükanı arxası”na gətirəcək.

 

İddia edilir ki, Tohir bir il əvvəl, klubun rəhbəri olan zaman de Buru komandaya dəvət etmək istəyirdi. Lakin “İnter”in Matsarri ilə müqaviləsi olduğu üçün bu, baş verməyib. “Barselona”nın sabiq futbolçusunun idarəçiliyi və iş metodları prezidentin xoşuna gəldiyi üçün o, Frankı tez bir zamanda Milan təmsilçisində görmək istəyir.

 

Qeyd edək ki, Frank de Burun Amsterdam klubu ilə 2017-ci ilin iyununa qədər müqaviləsi var. Lakin müqavilədə müəyyən kompensasiya ödənilmək şəryi ilə  vaxtından əvvəl ləğv olunma haqqında bənd daxildi.