[b]“Qarabağ”ın rəqibi yenə büdrədi[/b]
09.11.2014 - 22:09
[b]“Qarabağ”ın rəqibi yenə büdrədi[/b]

Fransa çempionatında XIII turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “Sent-Etyen” də meydana çıxıb.

 

“Yaşıllar” evdə “Monako” ilə üz-üzə gəlib. Fasiləyə məğlub durumda yollanan rəqibimiz ikinci yarıda hesabı bərabərləşdirməyi bacarıb. Matçda bundan başqa qol olmayıb və “Sent-Etyen” yenə xal itirib – 1:1.

 

Qeyd edək ki, “Sent-Etyen” XII turda “Lill”lə və Avropa Liqasının qrup mərhələsində “İnter”lə hər iki oyunu 1:1 hesablı heç-heçə ilə başa vurub.