[b]“Qarabağ”ın rəqibi yenə qalib gələ bilmədi[/b]
07.09.2014 - 23:07
[b]“Qarabağ”ın rəqibi yenə qalib gələ bilmədi[/b]

Ukrayna Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar olaraq yaranan fasilədən istifadən “Dnepr” ötən gün yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Dnepropetrovsk təmsilçisi Zaporojye “Metallurq”u ilə qarşılaşıb.

 

Ölkə çempionatının V turunda evdə “Vorskla” ilə heç-heçə (1:1) edən dnepropetrovskililər bu dəfə 0:2 hesabı ilə məğlub olublar.

 

Qeyd edək ki, “Qarabağ” “Dnepr”lə ilk oyununu səfərdə oktyabrın 23-də keçirəcək.  Bakıdakı matç isə noyabrın 6-da reallaşacaq.