[b]“Qarabağ”ın rəqibindən darmadağın[/b]
20.11.2014 - 11:17
[b]“Qarabağ”ın rəqibindən darmadağın[/b]

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Dnepr” Ukrayna çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Dnepropetrovsk təmsilçisi çempionatda yaranana fasilədə “Olimpik”lə yoxlama matçında qüvvəsini sınayıb.

 

Ağdamlıların rəqibi hər hissədə bir heyətlə mübarizə aparıb və 4:0 hesabı ilə qalib gəlib. Darmadağına erkən qollarla başlayan “Dnepr” Valeri Luçkeviçin 2-ci, Nikola Kaliniçin 3-cü dəqiqədə vurduğu qollarla önə keçib. Fasilədən sonra isə Mateus 60-cı, Mladen Bartuloviç 87-ci dəqiqədə fərqlənib.

 

Qeyd edək ki, öz meydanında “Qarabağ”a 0:1 hesabı ilə uduzan “Dnepr” Bakıda 2:1 hesabı ilə qalib gəlib.