[b]“Qarabağ”ın rəqibindən transfer[/b]
31.07.2017 - 15:53
[b]“Qarabağ”ın rəqibindən transfer[/b]

Avropa Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Şerif” heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, Moldova çempionu xorvatiyalı müdafiəçi Ante Kuluşiçlə müqavilə bağlayıb.

 

31 yaşlı futbolçu Tiraspol təmsilçisinin bu yay 8-ci transferi olub. Kuluşiçin keçidini “Şerif” rəsmən açıqlayıb.

 

Peşəkar karyerasına “Sibenik”də (Xorvatiya) başlayan Kuluşiç karyerasının böyük hissəsini Türkiyədə keçirib. O, “Hacettepe”, “Gənclərbirliyi” və “Balıkesirspor” klublarında çıxış edib. Türkiyə çempionatında 200-ə yaxın oyun keçirən Ante 15 qola imza atıb.

 

Qeyd edək ki, “Şerif”in “Qarabağ”la Bakıda keçirdiyi ilk oyun qolsuz bərabərliklə nəticələnib. Bu komandalar arasındakı cavab matçı isə sabah Moldovada baş tutacaq.