[b]“Qarabağ”ın rəqibinin “pitbull” arzusu[/b]
17.10.2016 - 16:49
[b]“Qarabağ”ın rəqibinin “pitbull” arzusu[/b]

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Fiorentina” heyətini gücləndirməyə qərar verib. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, Florensiya təmsilçisi 2 futbolçu ilə danışıqlara start verib.

 

Maraqlıdı ki, hər iki oyunçu “İnter”in formasını geyinir. Söhbət braziliyalı yarımmüdafiəçi Felipe Melo və çernoqoriyalı Stevan Yovetiçdən gedir. “Fiorentina” rəhbərliyi hər iki futbolçunu qış “transfer pəncərəsi”ndə heyətinə qatmaq arzusundadı.

 

Melo florensiyalılar üçün yad sima deyil. Belə ki, “Qalatasaray”ın “pitbull” ləqəbli sabiq futbolçusu 2008-2009 mövsümünü məhz “Fiorentina”nın heyətində keçirib. “Bənövşəyilər”in heyətində İtaliya çempionatının həmin mövsümündə 29 oyunda iştirak edən “sambaçı” 2 qola imza atıb.

 

Elə Yovetiç də vaxtilə “Qarabağ”ın rəqibinin uğurları üçün çalışıb. 2008-2013-cü illərdə “Fiorentina”nın aparıcı oyunçularından olan 27 yaşlı hücumçu bu müddət ərzində A seriyasında 116 oyunda 35 dəfə fərqlənib. 

 

 

0