[b]“Qarabağ”ın rəqibinin narahatlığı...[/b]
31.10.2017 - 18:28
[b]“Qarabağ”ın rəqibinin narahatlığı...[/b]

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Çelsi”də Sesk Fabreqas narahatlığı yaşanır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı yarımmüdafiəçi “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

 

“Qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyo ulduz futbolçunu ixtiyarında görmək niyyətindədi. Fabreqasın müqavilə müddəti 2019-cu ilin yayına qədər olduğundan, mançesterlilər onu mövsümün sonunda ucuz qiymətə almağa ümid edirlər.

 

Bundan narahatlıq keçirən London təmsilçisi keçidin qarşısını almaq üçün Fabreqasa yeni müqavilə təklif edib. 30 yaşlı orta sahə oyunçusu isə ən azı 2 illik saziş təklif olunarsa, anlaşmasını yeniləməyə razı olacağını bildirib.

 

Qeyd edək ki, Sesk Fabreqas “Çelsi”yə 2014-cü ildə “Barselona”dan keçib.