[b]“Qarabağ”ın rəqibinin oyunu təxirə salındı[/b]
08.09.2017 - 21:43
[b]“Qarabağ”ın rəqibinin oyunu təxirə salındı[/b]

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biri olan “Roma”nın A seriyasındakı oyunu təxirə salınıb. Apasport.az saytının məlumatına görə, buna səbəb hava şəraitinin kəskin pisləşməsi olub.

 

Belə ki, “canavarlar” sabah səfərdə “Sampdoria” ilə qarşılaşmalı idilər. Bakı vaxtı ilə 22:45-də başlamalı olan görüş Genuya şəhərində güclü yağış proqnozları səbəbindən təxirə salınıb.

 

Görüşün hansı tarixdə keçiriləcəyi daha sonra açıqlanacaq.

 

Qeyd edək ki, bu, A seriyasında bu mövsüm təxirə salınacaq ilk matç olacaq.