[b]“Qarabağ”ın səviyyəsi daha yüksək olmalı idi” – baş məşqçi[/b]
29.06.2017 - 09:34
[b]“Qarabağ”ın səviyyəsi daha yüksək olmalı idi” – baş məşqçi[/b]

“Ciddi qarşılaşma olacağını bilirdik. Buna hazırlaşmışdıq. “Qarabağ”ın səviyyəsi bizi buna məcbur edirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Dinamo” klubunun baş məşqçisi Yuri Kalitvintsev deyib.

 

Moskva təmsilçisinin çalışdırıcısı Azərbaycan çempionu “Qarabağ”la yoxlama oyunu haqda fikirlərini açıqlayıb: “Bu komanda təcrübəli və yaxşı qurulmuş kollektivdi. Onlar daim Çempionlar Liqası və Avropa Liqasında çıxış edir. Məntiqə görə “Qarabağ”ın hazırlıq səviyyəsi daha yüksək olmalı idi. Çünki onlar tezliklə avrokuboklarda mübarizəyə start verəcək. Bu komandanı çoxdan izləyirəm və xoşuma gəlir. Amma “Qarabağ”a olan bütün hörmətimə baxmayaraq, bugünkü oyuna görə hansımızın iki həftə sonra Çempionlar Liqasında oynadığını deyə bilmərəm. Futbolçularımız işinə yanaşması, tapşırıqları yerinə yetirməsi, oyun intizamı sevindirdi. Bu gün qol imkanlarını bağışlayırıq, amma sabah onları təhlil edəcəyik. Amma qol imkanlarının yaradılması ümid verir”.

 

Qeyd edək ki, “Dinamo” yoxlama oyununda 1:0 hesabı ilə qələbə qazanıb.