[b]Dieqo Simeone: “Qarabağ”la ikinci hissədə göstərdiyimiz oyunu...[/b]
06.11.2017 - 11:11
[b]Dieqo Simeone: “Qarabağ”la ikinci hissədə göstərdiyimiz oyunu...[/b]

“Futbolçular komanda şəklində sona qədər işlədilər. Qələbə bizim üçün vacib idi”. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu sözlər “Atletiko”nun baş məşqçisi Dieqo Simeoneyə məxsusdu.

 

Çempionlar Liqasında ötən həftə “Qarabağ”la heç-heçə edən (1:1) Madrid təmsilçisi La Liqanın XI turunda “Deportivo”nun qonağı olub. “Atletiko” Tomas Parteyin 90+1-ci dəqiqədə vurduğu qolla minimal hesablı qələbə qazanıb.

 

Matçla bağlı fikirlərini bildirən Simeone söhbət əsnasında “Qarabağ”la keçirdikləri oyunu da xatırlayıb: “Fikrimiz əvvəldən axıra qədər oyunda oldu. Məhz bunun hesabına qalib gəlməyi bacardıq. Məlum məsələdi ki, qələbə komandaya müsbət təsir göstərir. Amma onu da etiraf edim ki, oyunumuzu daha da yaxşılaşdırmalıyıq. “Vilyarreal” və “Barselona” ilə matçlarda 90 dəqiqə, “Qarabağ”a qarşı isə ikinci hissədə sərgilədiyimiz oyunu təkrarlasaq, getdikcə daha güclü olacağıq”.

 

Argentinalı çalışdırıcı “Deportivo”dan öncə “Qarabağ”a qol vuran Tomas Parteyi tərifləyib: “Əsas odu ki, kollektiv oyunu göstəririk. Mən bu cür futbolu sevirəm. Qələbədə hamı rol oynadı. Qolun müəllifi Toması xüsusi qeyd etməliyəm. O, son matçlarda məhsuldarlığı ilə diqqət çəkir”.

 

 

 

 

0