[b]“Qarabağ”la oyun çox çətin keçəcək” – “Slovan”ın baş məşqçisi[/b]
14.09.2016 - 10:05
[b]“Qarabağ”la oyun çox çətin keçəcək” – “Slovan”ın baş məşqçisi[/b]

“Kapitanımızın zədələnməsi bizim üçün ciddi itkidi. Pokorninin yoxluğu işimizi daha da çətinləşdirəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Slovan” klubunun baş məşqçisi Yindrix Trpişovski deyib.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 15-də “Qarabağ”la qarşılaşacaq Liberets təmsilçisi dünən Bakıya gəlib. Çexlər səhər məşqini etdikdən sonra Azərbaycan səfərinə çıxıblar.

 

Ölkəsinin mətbuatına açıqlama verən “Slovan”ın çalışdırıcısı qısa danışıb. O bildirib ki, “Qarabağ”la görüşdə işləri asan olmayacaq: “Əfsuslar olsun ki, Pokorni bu matçda oynamayacaq. “Viktoriya” ilə çempionat oyununda zədələndiyindən, əvəzlədik.

Amma zədə də futbolun bir hissəsidi. “Qarabağ”la oyuna hazırlaşarkən, bu komandanın “Viktoriya” ilə görüşlərinə baxmışıq. Həmin matçlara əsasən, hazırlıq prosesi keçmişik. “Qarabağ”la oyun çox çətin keçəcək”.

 

Qeyd edək ki, sabah “Dalğa Arena”da baş tutacaq “Qarabağ” – “Slovan” matçı saat 19:00-da start götürəcək.  

0