[b]“Qarabağ”la oyundakı günahımızı yuduq”[/b] - FOTO
23.10.2015 - 14:08
[b]“Qarabağ”la oyundakı günahımızı yuduq”[/b] - FOTO

“Komandamızın böyük potensiala malikdi. Düzdü, bundan həmişə istifadə edə bilmirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçikanın “Anderlext” klubunun futbolçusu Giyom Jille deyib.

 

Təcrübəli yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin III turunun “Tottenhem”lə oyunundakı vacib qələbə (2:1) haqda fikirlərini açıqlayıb. Ötən tur Bakıda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqlarını xatırlayan Jille həmin məğlubiyyətin əvəzini İngiltərə klubundan çıxdıqlarını bildirib: “Tottenhem”lə qarşılaşmada yaxşı oyun nümayiş etdirdik. Bu vacib qələbə ilə “Qarabağ”la oyundakı günahımızı yuduq. Bizə 10-15 dəqiqə çətin oldu. Bundan sonra oyunumuzu tapa bildik. “Monako”nun “Qarabağ”ı necə çətinliklə məğlub etdiyini gördük. Bu, bir daha göstərir ki, qrupumuzda bütün oyunlar çətin olacaq. Amma biz də qüvvəmizə inanırıq və 1/16 finala çıxmaq gücündə olduğumuzu bilirik”.

 

0