“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Atletiko” transfer çalışmalarını davam etdirir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Madrid təmsilçisi Azərbaycan çempionu ilə bu gün keçiriləcək matç öncəsi daha bir oyunçu ilə danışığa başlayıb.
Belə ki, İspaniya nəhəngi “Sampdoriya”nın yarımmüdafiəçisi Lukas Torreyranın keçidi üçün qarşı tərəflə təmasa keçib. Baş məşqçi Dieqo Simeone 21 yaşlı dayaq yarımmüdafiəçisinin qış fasiləsində heyətə cəlb olunmasını tələb edib. Uruqvaylı oyunçu 40 milyon avro müqabilində yanvarda Madridə köçə bilər.
Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə 12 oyun keçirən Lukas Torreyranın aktivində 2 qol, 1 məhsuldar ötürmə var.
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya