[b]“Roma" müdafiəçisi ilə razılaşa bildi[/b]
29.11.2017 - 18:25
[b]“Roma" müdafiəçisi ilə razılaşa bildi[/b]

Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Roma” müdafiəçi Kostas Manolasla yeni müqavilə haqda razılığa gələ bilib. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, uzun müddətdi davam edən danışıqlar müsbət nəticələnib.

 

Yunanıstanlı futbolçunun sözləşməsinin müddəti yaxın günlərdə uzadılacaq.

 

Yeni müqavilənin neçə illik olacağı hələ açıqlanmır. Bununla belə, anlaşmada Manolasın transfer qiyməti 37 milyon avro olaraq göstəriləcək. 26 yaşlı futbolçunun illik məvacibi isə 2,8 milyon avroya yüksələcək.

 

Qeyd edək ki, Manolas “Roma”ya 2014-cü ildə “Olimpiakos”dan keçib.

0