[b]“Qaret Beyl Robert Prosineçkinin taleyini yaşayır”[/b]
20.10.2015 - 08:40
[b]“Qaret Beyl Robert Prosineçkinin taleyini yaşayır”[/b]

“Levante” ilə çempionat görüşündə zədələnən Madrid “Real”ının uelsli futbolçusu Qaret Beyl bir müddət komandasına kömək edə bilməyəcək. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, tibbi müayinədən keçdikdən sonra 26 yaşlı yarımmüdafiəçinin Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah PSJ ilə keçiriləcək matçda iştirak etməyəcəyi dəqiqləşib.

 

Bundan əlavə, Beyl La Liqanın növbəti turunun “Selta” ilə görüşünü də buraxacaq.

 

İspaniya mətbuatında, həmçinin sosial şəbəkələrdə Beylin tez-tez zədələnməsi müzakirə mövzularından biridi. Fanatların çoxu bu baxımdan Uels yığmasının üzvünü hazırda millimizi çalışdıran Robert Prosineçkiyə bənzədiblər.

 

Məsələ burasındadı ki, Prosineçki “Real”da çıxış etdiyi 3 mövsüm ərzində tez-tez zədə alıb. Hazırda “kral klubu”nda 3-cü mövsümünü keçirən Beyl də eyni halla üzləşməkdədi. Bu səbəbdən də fanatların əksəriyyəti sosial şəbəkələrdə “Beyl Prosineçkinin taleyini yaşayır” fikrini qeyd ediblər. 

0